Uşaqların geyimi xoşuma gəldi - Mübariz Tağıyev

Dünən Londonda “Avroviziya-2023” mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.
“Firuzəyi xalça” tədbirində yer alan Azərbaycan təmsilçilərinin geyimləri sosial şəbəkələrdə sərt reaksiyalara səbəb olub.
Ümumiyyətlə, Azərbaycan təmsilçilərinin bu tərzdə geyimi qəbulediləndirmi?
Mövzu ilə bağlı Xalq artisti, müğənni Mübariz Tağıyev Bakupost.az -a açıqlamasında həmin geyimlərin normal olduğunu qeyd edib:
“Bunlara müasir baxılır. Uşaqların geyimləri mənim xoşuma gəldi. Hərənin bir zövqü, bir fikri var. Bu məsələlərdə geyim o qədər də böyük rol oynamır. Nə geyiidiklərindən deyil, səhnədə özlərini necə aparacaqlarından narahat olmalıyıq”.
Xalq artisti bildirib ki, əsas məsələ təmsilçilərimizincanlı performansı və nəticələridir:
“Onlar bu günə kimi səhnələrdə olmayıb. Əsas məsələ ifalarını həyəcansız başa vurmalarıdır. İlk dəfədir ki, digər ölkələrin bəstəkarlarına və s. müraciət etmirik. Uşaqlar mahnını özləri yazıb, bəstələyib. Onların mahnıları nə dərəcədə qəbul olunacaq? Bu barədə düşünmək lazımdır. Hər şeyin yaxşı olacağını ümid edirəm. Gəlin, uğurlar arzulayaq. Ordan-burdan nəsə tapıb onların əlehinə danışmayaq”.