Toy israfçılığı − kütləvi psixoz?!

Xalqın qədim tarixi kökünü isbat edən dəyərlər siyahısında milli mənəvi zənginlik və əcdadlardan irsən keçən adət-ənənələr mühüm yer tutur.Varlığımızın, kimliyimizin sübutu olan yüksək milli adət-ənənələri yaşatmaq üçün milli irsə sahiblənib onları gələcək nəsillərə tam, təhrif etmədən miras qoymaq müasirlərimizin ən ümdə vəzifələrindən biridir.

 Dünyanın sürətlə qloballlaşması qarşısında dəyanətlə durdura biləcək gücümüz, məhz milli kimliyimizdən doğan zəngin adət-ənənələrimizdədir. Çünki bu dəyərlər xalqın ən qiymətli sərvətidir. Bu da qürurla söylədiyimiz “ Biz azərbaycanlıyıq” kəlməsinin ifadə etdiyi yüksək anlamın bütün dünya azərbaycanlıları üçün geniş əhəmiyyət kəsb etməsini göstərir.

Azərbaycanda toy adətləri − mədəniyyətimizin tərkib hissəsini təşkil edir. Minilliklər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir ənənə sisteminə çevrilmişdir.
Toy deyərkən ilk düşündüyümüz, iki gəncin ən xoşbəxt günündə onlarla bu sevinci paylaşmaq gəlir. Təəssüf ki, çağdaş dövrümüzdə yüksək mədəniyyətimizin ayrılmaz hissəsi olan toy məclisi kütləvi düşük “mədəniyyətin” parazit kimi yayıldığı yerə çevrilib.Bu vəziyyətin bizi böyük sosial bəlaya sürüklədiyinin fərqinə varmaq, xalqımızın əsl mənada yaralı yerinə çevrilən ciddi problemin həll olunması yollarını tapmaq, bunu cəmiyyətə aşılamaq vaxtıdır. Toy edən ailələrə “toy tutan” toylar barədəçağdaş ədəbiyyat və incəsənətimizin görkəmli ziyalıları xalqa müraciət edib toyları boykota çağırsalar da, dövrü mətbuatda dəfələrlə məqalələr dərc edilsə dətoylar düzəlmək əvəzinə daha da bayağılaşır, yersiz rəqabət və israf meydanına çevrilir.Ekspertlərin fikrincə yüksək dəbdəbə iləkeçirilən toylar bir çox amilləri zərbə altında qoyaraq ailə və ölkə büdcəsinə mənfi təsir göstərdiyindən dəbdəbəli toylar yığışdırılmalıdır.
Azərbaycan toylarında iki nəfərin ailə qurması, qohum olan tərəflərin borc bataqlığına sürüklənməsi prosesinə dönür. Toylarxalqın zəngi adət-ənənələrini unudulmağa sövq edib, yeni pərvazlanmağa başlayancütlüyün ilk gündən müqəddəs ailə ocağına su səpib onu kor qoyur.Şadlıq saraylarının üzdəniraq soyğunçu siyasəti, eləcə dəyalnız obyekt sahiblərinin anladığı riyazi tənliklə hesablanan və müştəri üçün özünü doğrultmayan menyü ayağını yorğanına görə uzatmayıb “düşmən gözü” çıxardan istehlakçıların ağılsız yarışmasına çevrilir.Son vaxtlarda şadlıq saraylarına müraciət edənlərinəsas problemləri,məhz toyun ifrat həddə çatdırılan maliyyəsiilə əlaqələndirilir.Yəni qiymətlərin özünü doğrultmayacaq səviyyədə artması,nəticədə isə həm toy yiyəsinin, həm də toyadəvət edilən qonaqların mədəni şəkildə “soyulması” göz qabağındadır. Artıqtoya çağırılmaqdan qorxan insanlar dəvətnaməni aldığı günüfaciə kimi qəbul edirlər. Çünki hamı ailəsinin boğazından kəsib yeməyəcəyi, yaxud yemək istəmədiyi təamların pulunu ödəyəcəyini düşünür. Bu qeyri-normal vəziyyətədəbli don geyindirib, onu təm-təraqlı həyat adlandıranlarisrafçılığı gündəm halına gətirmiş və müasir cəmiyyətin daha sonrakı mənəvi faciələrinəyol açmışlar.
Hər bir azərbaycanlı üçün ailə münasibətləri müqəddəslik və toxunulmazlıq təzahürüdür. Elə buna görə də Azərbaycanda qurulan ailələr uzunömürlü sayılır. Bizə xas olan namus,qeyrət, həya kimi anlayışlar toylarda baş verən üzdəniraq hallarda təzyiqə məruz qalaraq cılızlaşır və get-gedə itir. Məclis pulunu ödəyə bilməyən toy yiyələri bəy-gəlini ödəniş edilənədək girov qoymaq məcburiyyətində qalıqlar. Ailə həyatına ilk qədəm qoyulan günündən restoran sahiblərinin soyğunçuluğu ilə üzləşməyin nə dərəcədə düzgün olduğunu düşünsək, “tüpürüm belə toya”, −deyə fiirləşə bilərik.

Həyat müstəvisində sadəliyə, minimalizmə üstünlük verən gənclər toyla bağlı söhbətlərdə müasir fərqlilik istədikdə isə valideynlərin qəti etirazı ilə qarşılaşırlar.
Cəmiyyətə virus kimi hopan bu “xəstəlik”lə mübarizə barədə tanınmışpsixoloq Fərqanə Mehmanqızı öz fikirlərini bildirdi.

−İnsanların beynindəkök salan ənənələrə yamaq kimi yapışdırılanməişət klişelərindən qurtulmağın yoları varmı?

−Mən bu aktual mövzuya psixoloji aspektdən baxmağa çalışacağam. İlk öncə, cəmiyyətimizdə həmrəylik psixologiyası, buna kütlə psixologiyası da deyilir, cox inkişaf edib və özünü açıq şəkildə göstərir. Bəs nə üçünözünü inkişaf etmiş, qabarıq formada göstərir?Çünki genetik olaraq emosionalıq xalq olduğumuz üçün kütlə psixologiyası bizdə daha artıq inkişaf etmişdir. Məhz həmin səbəbdən də birinin etdiyi hərəkəti digəri də təkrarlayır, bu da artıq kütlə psixologiyası kimi qabarıq şəkildə təzahür edir. Bu isə nəticə etibarilə, deyək ki, müəyyən hərəkətin ilkin mahiyyətinin itməsinə gətirib çıxarır. Toylarda ikram edilən dondurmanı misal çəkmək olar. Mən toyda saat altıdan iştirak edib şənlənirəmsə, süfrədəki müxtəlif səpkili təamların üstündən, gecə saatlarına doğru qonaqlara təqdim olunan tort və ya dondurma yeməyim nə dərəcədə məntiqə uyğundur? Məclisdə dessert olaraq dondurmanın verilməsi tarixçəsini düşünsək, kiminsə isti yay aylarında bu desserti sərinləndirici qismində qonaqlara təqdim etməsicəmiyyətdə artıq tendensiya halını almağa başlayıb. Hər kəs bir-birinə baxaraq bunu təkrarlayır. Yəni yay fəsli bitsə belə dondurmanın verilməyi bitməyib. Bu və bu kimi hallar da, artıq, toylarımızda fiktiv adət-ənənə halına çevrilmişdir.
−Adət-ənənələrimizin gözəlliyini və bu ənənələrə söykənən toylarımızın özünəməxsus milli koloritini nə üçün qoruyub saxlaya bilmirik?
−Çəkdiyim misala əsaslanaraq deyə bilərəm ki, Azərbaycan mentalitetinə uyğun gəlməyən digər fiktiv adət-ənənələr də vardır. Bunların da ilkin mahiyyəti itsə belə özü təhrif olunmuş formada qalır. Qeyd etmək istəyirəm ki,sosial məclislərdə həmrəylik psixologiyasına söykənərək, milli adət-ənənə adı altında gərəksiz israfçılıq cəmiyyətimizə sırınır. Gəlinə aparılan xonça belə içindəki əşyalardan baha başa gəlir. Deməli burada, özünü göstərmək halı baş verir. Toy məclisində xörəklər iki-üç növdə olarsa “ getdim, ac qaldım” münasibətilə rastlaşırıq. Düşünürəm ki, cəmiyyətin üz qarası olan fiktiv adət-ənənələri yaratdığımız kimi onları həyatımızdan silib çıxartmağa nail ola bilərik. Rayonlarımızın əksəriyyətində olduğu kimi sayca az, lakin dadlı, doyumlu salatlar, isti xörəklər və s. yeyildikdən sonra süfrələr yığılır, şənlik başlayır. Yəni insanlar toyda el qınağından çəkinmədən, sayca az, lakin effektiv, doyumlu yeməklər versələr, lazımsız menüdən istifadə etməsələr, artıq, bu da tendensiya halına düşəcək. Bunu bütün sosial məclislərə şamil etmək olar.Əsas məsələ ictimaiyyətin qınağına fikir vermədən klişelərdən çıxıb bəhsə-bəhslə deyil, reallığı görmək və cəmiyyətdə normal münasibət qurmağı öyrənməkdir. Yəni bu bəlaya düşdüyümüz kimi ondan eləcə də qurtula bilərik.
−Gənclərin zövqünə uyğun qədimlik və müasirlik arasında sintez yaratmaq mümkündürmü?
−Milli adət-ənənələrimizlə müasirlik arasınada sintezin yaradılmasının tərəfdarıyam. Hətta qadın və kişi bərabərliyinə münasibətdə subyektiv fikrim bu bərabərliyi qəbul etmir. Çünki kişi güclüdür, qadın isə zərif, qorunmağa ehtiyacı olan məxluqdur. Mən qadının kişi kimi güclü olmağının əleyhinəyəm. 
Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevgender bərabərliyi haqqında danışarkən xüsusilə vurğulayıb: "Bəzi ölkələrdə qadınlarla kişilər arasında artıq fərq qoyulmur, amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onlar bizi yox".
Ümumiyətlə, düşünürəm ki, milli kimliyimizi itirmədən, cəmiyyətdə və dünyada baş verən qlobal hadisələr fonunda bizi yükləyən qondarma klişelər səviyəsinə enmədən, ictimai fikirdə, xüsusilə gənclərimizin düşüncəsində milli adət-ənənə ilə müasirlik arasında milli mənəviyyatımıza xələl gətirməyən sağlam sintez qurmaq vacibdir.
Günümüzdə xalqımıza xas olan, əsirlərin süzgəcindən süzülüb keçən toy-nişan adətləri, musiqi mədəniyyəti, milli rəqslər, geyim tərzi və digər adət-ənənələr artıq unudulmaqdadır. Toylarda bir məclisdən o biri məclisə daşınan keyfiyyətsiz“trofey” təamlar, fonoqramma altında ağız açıb-bağlamaqla aldığı yüksək qonorara haqq qazandıran başa bəla müğənnilər düşükləşən mənəviyyatımızın parlaq təsdiqidir.
Azərbaycanda müasir toyları cəmiyyətin başına gətirilən sosial bəla hesab edən sosioloq Əhməd Qəşəmoğlununfikrincə, bu məclislərdə yer alan israfçılıq mənəviyyatımıza, mənəvi proseslərə böyük zərbə vurmaqla bərabər, həm ölkə büdcəsinə, həm də ailə büdcəsinə böyük zərər verir.
−Fikrinizcə, normal əmək haqqı ilə yaşayan ailə üçün toy dəbdəbəsi böyük problemə çevrilirmi?
−Əhalinin heç də hamısı orta əmək haqqı almır. Hətta aşağı əmək haqqı alanlar da var. Bunların hamısı təkcə onlar üçün deyil, toya dəvət alanlar üçün də toy dəhşətli bir hadisədir. Toy edən bir neçə il hazırlıq görür, pul toplayır. Proplemin qloballığına diqqət edin, pulu toplayıb şadlıq evlərinə müraciət edənlərə məcburən əlavə sifarişlər təklif olunur. İstənilən toyu on xörəklə əla şəkildə keçirtmək olar. Düşünün, restorana ailəliklə gedəndə neçə növ xörək sifariş veririk? Çox olsa bir duru xörək, salat, uzağı iki isti xörək sifariş verilir. Ən çoxu on xörək olacaq. Toyda da bununla keçinmək olar. Bəs toylarda nə baş verir? Şadlıq evinin sahibi deyir ki, yox, hökmən filan qədər verməlisiniz. Bəziləri bu vəziyyətin indi düzəldiyini iddia etsələr də bu belə deyildir. Bir neçə ay bundan əvvəl qardaşım qızının toyunda ağsaqqal qismində iştirak edirdim. Bir neçə şadlıq evinə çaş çəkdik, orada bizə adambaşına azı əlli manatlıq sifariş etməli olduğumuzu söylədilər. Otuz beş manatlıq sifariş verə biləcəyimizi soruşduqda bizə xeyir dedilər. Toyda hamının başının üstünü kəsdirən fotoqrafı, üzərliyi camaatın başının üstündə fırlayıb pul gözləyən ofisiantı, toya dəvət olunan şou biznes əhlinin xərcini və toya dəvət olunan qonaqların gəlməməsini nəzərə alsaq toy sahiblərinin böyük məsrəfə düşdüyünü görürük. Ayda bir dəfə toya getmək deyək ki, o qədər də problem yaratmır. Lakin imkansız ailə ayda dörd-beş, yaxud da ən azı üç toya çağırılarsa, kişi ora tək gedib pul yazdırmaq məcburiyyətində qalır. Yaxud qohum toyuna həyat yoldaşı ilə gedərsə bura qadının gözəllik salonunun, yeni ziyafət paltarlarının xərcləri də əlavə olunur. Çünki Azərbaycanda qonum-qonşunun yeni paltar geyindiyini görməsi dəbdir. İndi toyların bir çoxu Əhmədli, Neftçilər metrosu tərəfdə keçirildiyindən şəhərin bu başından o başına çatdıran taksi xərci də əlavə olunur. Yəni hər toy sahiblərinin və dəvət olunanların məsrəfi çox olur. Bu məsrəfləri ödəməyə də toy sahiblərinin ya pulu çatmır, ya da yeni evlənən cütlüyə nə isə almaq üçün çox az miqdarda pul qalır. Amma toyda pul yığılsa belə, bir həftəyə həmin adamın özü toylara dəvət alır. Bu da çox böyük problemlər yaradır. Yəni insanlar çox az əmək haqqı ilə toylara gedə bilmir. Alınan əmək haqqı evin xərclərinə sərf edilir. Yaranan vəziyyət insanları hər hansı maxinasiya və ya əyri işlə məşğul olmaq məcburiyyətinə aparır. 
−Bu biabırçılığa son qoymaq üçün inzibati tədbirlərə, qadağalara əl atmaq və ya insanların şüurunda kök salan “qonşudan qeri qalma” meyarını dəyişən vasitələrdən istifadə etmək lazımdır?
−Hazırda yarannmış acınacaqlı vəziyyətdə bu problemi təkcə maarifləndirmə yolu ilə həll etmək olmaz. Şadlıq sarayları şəbəkəsinin arxasında dayanan qüvvələrin belə xoşagəlməz prosesləri mafioz hərəkatla qoruyub saxlaması maarifləndirməni nəticəsiz qoyur. Ona görə də Azərbaycanda bu sahədə inzibati metodlara ilk növbədə ehtiyac duyulur. Ümumi göstəriş olmalıdır, yalnız bundan sonra marifləndirmə metodlarından istifadə etmək lazımdır. Biz ictimai qınağı elə yaratmalıyıq ki, bu əhalinin xeyrinə işləyib insanlara normal toy etmək istəyini aşılasın. Hazırda isə ictimai qınaq tam əksinədir. Belə ki, sadə toy etmək istəyənlər cəmiyyət tərəfindən qınaq və lağ obyektinə çevrilir. Qohum olan iki tərəfdən birinin sadə toy arzusunu əks tərəf kasıblıq kimi anlayıb maddı yardım təklif edir:” Bu uşaq yetim deyil”,−kimi ifadələr işlənir. Ona görə də indiki ictimain qınaq şadlıq evi mafiyasının xeyrinə işləyir. Biz isə bunun tam əksinə işləməsinə və camaata faydalı olmasına çalışmalıyıq. Başqa ölkələrin təcrübəsinə arxalanaraq toy məclislərinin keçirilməsində sadəlik anlayışının təbliğatına çalışmalıyıq. Burada televiziyanın, sosial şəbəkələrin rolu danılmazdır. Lakin televiziya şou biznes nümayəndələrinə bazar qurub, onları təbliğ etməklə məşğuldur. Ona görə bu məsələnin tənzim edilməsində inzibati müdaxiləyə böyük ehtiyac vardır. 
−Toy biznesini idarə edən işgüzarların qurduğu toru necə yırtmaq olar?
−İnzabti müdaxilə metodlarından başqa şadlıq sarayları mafiyasını maraqlandırmaq lazımdır. Bunun üçün də şadlıq saraylarının başqa vasitələrlə onlara xeyir gətirəcəyi yollarını düşünmək lazımdır. İsrafçılıqla mübarizə istiqamətində sağlam mexanizmə əsaslanan tədbirlər qurmaq zəruridir. 
−İnsanlar sosial pilləkəndə tutduqları yerdən asılı olmayaraq sosial məclislərin keçirilməsini tənzimləyə bilərlərmi?
−İnsanların fərdi qaydada mübarizəsi faydasızdır. İnzibati orqanlarla yanaşı, itimai birliklər də əhaliyə ictimai qınaq yaratmaqda yardım etməlidir. Bunun arxasında bizim sosial siyasətlə, humanitar siyasətlə məşğul olan yüksək səviyyəli məsul təşkilatlar elmi əsaslarla Azərbaycan modelinə uyğun fəaliyyət proqramları qurmalıdırlar. Sosial məsələlərdə vətəndaşın mənafeyinə olan mexanizmlər qurulub təbliğ olunmalıdır. Bu da mümkün işdir. Mən də artıq qloballaşaraq cəmiyyəti ucuruma yuvarlayan bu problemin həllində öz tərəfimdən yardım etməyə hazıram.
−“Meşşanlıq Akademiyası”nın “Arxadan gələn bərk gələr və Görməmişlik” fakültəsinin cahil məzunları olaraq uca azərbaycançılıq, turançılıq ideallarına, vətən əxlaqına, vətənpərvərlik duyğusuna xələl gətirən hərəkətlərə qalib gələ bilərikmi?
−Sözsüz ki, yüz faiz galib gələ bilərik. Mən bunu sizə həm zəngin təcrübəyə malik sosioloq kimi, həm də məhz bu sahədə xeyli təcrübəsi olan insan kimi deyirəm. Ən əsası cəmiyyətin istəyinin olmasıdır. Mənə bu sahədə mexanizm, görüləcək işlərin fəaliyyət proqramını hazırlamaq təklifi edilsə, istedadlı tələbələrimdən ibarət komandamla birgə biz bu məsələlərin asan yolla həlli mexanizmini təklif edə bilərik. Sadəcə bizim həmin mexanizmi həyata keçirtmək səlahiyyətimiz yoxdur. İstək olarsa bizi ruhdan salmaq çabalarına baxmayaraq,biz bu mexanizmi təklif edə bilərik. Hazırda Azərbaycanda ailə, gənclər və təhsillə əlaqədar yaşanan problemlərin həlli üçün ekspert tərəfindən yüksək rəy almış, düşünülmüş modeli aidiyyatı nazirliklərə təklif etsək də,onlar sanki bizi eşitmək istəmir. Çünki hər bir özünü məmur hesab edən şəxs məmurdursa, deməli çox ağıllıdır ehtimalı ilə yaşayır. Təəssüf ki, onlar mənim aspirantlarım, doktorantlarım səviyyəsində bu məsələdən xəbərdar deyillər. Hər sahənin öz sənətkarı olduğu kimi, bu işləri görmək üçün elmi təminata böyük ehtiyac duyulur. Məsələn, kiçik evin tikilməsi üçün inşaatçıya ehtiyac varsa, cəmiyyətdə də gedən prosesləri idarə etmək üçün cəmiyyətin öz inşaatçısından, yəni mütəxəssisdən istifadə etmək fayda verər. Belə mütəxəssislərdən istifadə etmədən heç nə nail olunmaz. Hazırda Azərbaycanda cəmiyyətin yaşadığı sosial problemlər yalnız elmi təminatla həll oluna bilər. Bu sahədə də mənim komandamın kifayət qədər təcrübəsi var. Kimin dəvət oluncağı əhəmiyət kəsb etmir, təki bu sahədə işlərin görülməsini istəyən olsun və buna ehtiyac olsun.
Xalqa nümunəni ziyalılar, xalqın hörmətlə yanaşdığı görkəmli şəxsiyyətlər göstərməlidirlər.Ziyalılarımızörnək olub əsl Azərbaycan mədəniyyətini özündə əks etdirən toy məclisləritəşkil etmiş olsaydılar, o zaman yaxamıza yapışan bu bəlanın qarşısını zorladeyil, maarifləndirmə işləri aparmaqla almaq olardı.
Tanınmış yazıçı Şərif Ağayarla çağdaş dövrdə cəmiyyəti sarsıdan sosial məclislərin, xüsusilə, toy məclislərinin milli dəyərlərə vurduğu zərbədən və ziyalıların bu bəlaya münasibətindən danışdıq.
−Azərbaycanda cəmiyyətin mədəni özəyini təşkil edən ziyalılar tərəfindən bu gün milli dəyərlərimizin qorunub saxlanması üçün hansı addımlar atılır?
−Əfsuslar olsun ki, hazırda Azərbaycan cəmiyyətində zəngin milli dəyərlərə əsaslanan ziyalı institutunun mövcud olmadığının şahidiyik. Milli-mənəvi dəyərlərin müdafiəsinə qalxan ziyalıları görmək olduqca çətindir. Mən ziyalılığı savad deyil, ictimai davranış qaydası kimi götürürəm. Savada, intellektə qalarsa, Azərbaycanda həmişə dəyərli şəxsiyyətlərimiz olub. Sadəcə ictimai aktivlikdən danışılarsa demək olar ki, ziyalılıq öz böhranını yaşayır. O cümlədən, milli və yaxud qeyri-milli dəyərlər aspektində də böhran müşahidə olunur. Bu da olduqca məyusedici haldır.Zənnimcə, ziyalı, hər hansı ictimai-siyasi proseslərə özünün münasibəti ilə seçilən adamdır. Yəni o, öz mənafeyinə zidd gedərsə belə, doğruları, həqiqətləri müdafiə etməlidir. Bu cür siyasətçilər, vaynerlər, bodderlər, sosial mediada jurnalistləri var, sadəcə belə yüksək xüsusiyyətə malik ziyalı demək olar ki, yox dərəcəsindədir. Ən yaxşı halda ziyalılar susmağa üstünlük verirlər. Bunun özü də olduqca kədərli faktdır. Qeyd edim ki, ziyalıları qınamaq da olmur, çünki ümumi vəziyyət, cəmiyyətin üzləşdiyi siyasi-sosial durum və başqa faktorlar öz təsirini göstərməkdədir.
−Üz qarasına çevrilən toyları boykot etməyə dəvət edən ziyalıların bu fikrini dəstəkləyirsinizmi?
−Təxminən on il öncə bir qrup yazıçı ilə bərabər toylarda baş verən israfçılığa qarşı ictimai aksiyaya başladıq. Kompaniyaya mən, Salam Savalan, Kulis.az saytında çalışan dostlarımızdan Qan Tural, Mirmehdi Ağaoğlu, Ağa Cəfərli və başqaları da qoşulub bu biabırçı toylara “Yox!” dedik və iki-üç il müddətində toylara getmədik. Mən hətta ən yaxın qohumlarımın toylarında belə iştirak etmirdim. Bu boykotu onlara toylardakı israfçılığa qarşı yönəlmiş ictimai aksiya kimi izah edirdim. Apardığımız kompaniya bir il ərzində kitaba beş manat xərcləməyən, oxumağa imkanım yoxdur deyən insanlara qarşı yönəlmiş aksiya idi. 
Azərbaycan Konstitusiyasının bir maddəindən belə xəbərdar olmayan vətəndaşlar orta səviyyədən də aşağı olan müğənniyə beş min, on min verib toylara dəvət edirlər. Özləri isə bir ay ərzində beş-altı toya gedib pul salırlar. Biz xalqın düşdüyü acınacaqlı vəziyyəti artıq o zaman dəyərləndirib belə nəticəyə gəldik ki, bu, kütləvi psixozdur. Təbii olaraq, qazanc əldə edən yeganə tərəf şadlıq evləri industriyasıdır. İmkanlı məmurlar tərəfindən idarə edilən və hər yerdə təbliğatı gedən əhatə diametri geniş olan şəbəkədir. 
Şadlıq evlərinin işbazları Azərbaycan xalqının həssas nöqtəsi olan “övlad xoşbəxtliyi” adlanan valideyn zəifliyindən məharətlə istifadə edirlər. İnsanlarımız pulları şadlıq evinə yedizdirməkdənsə, toplayıb gənc cütlüyə gün ağlamaq, yardım etməyin daha yaxşı, daha ümdə olduğunu dərk etmirlər. 
Azərbaycanlılar, adətən, şadlıq evlərində süfrəyə düzülən müxtəlif rəng çeşidli spirtli içkilərdən, məsələn, konyak, likör və s. kimi assortimentlərdən istifadə etmir. Toyxanalarda süfrədə toxunulmadan qalan spirtli içkilərin yeni müştərilərə dönə-dönə satıldığını təsəvvürünüzə gətirin. Xalqın özü də bu vəziyyətdən narazıdır, gileylənir, lakin vədə çatanda hər kəs yenə də israfçılıq edir. Biz problemi cəmiyyətdə təəssüf doğuran ictimai məsələ kimi nəzarətdə saxlamalı və buna yol verməməliyik. 
İsrafçılığa təkcə toylarda deyil, yas mərasimlərində belə rasr gəlinir. Hüzür məclisində spirtli içkiləri çıxmaq şərtilə süfrəyə hər çür naz-nemətin arasında delfin formasında bananlar da qoyulur. Düşünürəm ki, bu hədsiz israfçılığa son qoyulmalıdır. 
İsrafçılığa təkcə toylarda deyil, yas mərasimlərində belə rasr gəlinir. Hüzür məclisində spirtli içkiləri çıxmaq şərtilə süfrəyə hər çür naz-nemətin arasında delfin formasında bananlar da qoyulur. Düşünürəm ki, bu hədsiz israfçılığa son qoyulmalıdır. 
Ümumiyyətlə, israfçılıq, aşırı zahiri görünüş, qızıldan bahalı olan aksessuarlardan istifadə və buna bənzər başqa hallar insanların yarımçılıq kompleksindən irəli gəlir. İnsan daxilən kasıbdırsa zahiri təntənəyə daha artıq meyillənir. Əksinə, daxilən varlı, ruhən zəngin insanlar, adətən, zahiri təntənəyə meyilli olmurlar. Əlbəttə, insan səliqəli, hətta bahalı da geyinə bilər, çünki bu bir zövq məsələsidir.
Mən birbaşa israfçılığa qarşıyam. Çünki Azərbaycan xalqının mənəvi dəyərlər üçün pul xərcləməməsi və yaxud xərcləmək istəməməsi mənə ağır gəlir. Bu gün sorğu olunsa, təkcə sadə insanlar arasında deyil, ziyalılar, müəllimlər, jurnalistlər arasında da Azərbaycan Konstitusiyasından xəbərdar olmayan insanlar olduğu aşkarlanacaq. Doğrudur, səbəblərdən biri də insanlarda qanunlara olan inamın itməsidir. İnsanlar kitabla həyat arasındakı uçurumu görüb oxumurlar. Lakin bu uçurumun aradan qaldırılması üçün oxumaq, maariflənmək, öz hüquqlarını öyrənib dərk etmək yeganə yoldur. Biz həqiqətlə xoşbəxtlik arasındakı uçurumu pul xərcləməklə, milyon qazanmaqla, nəhəng xarici ciplərlə şəhərdə tıxac yaratmaqla deyil, yalnız biliklə doldura bilərik. Əks təqdirdə heç nəyə nail ola bilməyəcəyik. 
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbə iştirak edən canlı insan qüvvəsindən savayı, intellektin və biliyin köməyi ilə ən ülvi arzulara çatmağın mümkün olduğunu sübut etdi. Hərbi texnikanın idarə edilməsi, hərb elminin öyrənilməsi zəfərə aparan amillərdən idi. Eyni zamanda demokratik cəmiyyətin qurulması, ölkə sərvətlərinin ədalətli bölgüsü, məhkəmələrin müstəqilliyi, mətbuatın azadlığı məsələlərində də mütləq güclü biliyə və intellektlə əsaslanmaq lazımdır. Dəbdəbə və israfçılıqla deyil. Xalqın sərvəti olan neftdən gələn pulu özümüzün hesab edirik. Qiymətli maşınlara, telefonlara sahib oluruq, halbuki onları icad edən insanlar bizim qədər dəbdəbəli yaşamır. Bu da bizim doğru-dürüst ölçüləri itirdiyimizdən xəbər verir. Geniş iqtsadi böhranın, dərin inflyasiyanın bütün yer kürəsini əhatə etdiyi bir zamanda dünya bazarında neftin qiyməti düşərsə, dəhşətli böhranla üz-üzə qalmaq ehtimalı çoxalır. Bir gün qərbin tələblərilə azad cəmiyyət, azad mətbuat, azad məhkəmə istənilərsə, biz, əlimizin boş, üzümüzün qara olduğunu görəcəyik. Əfsuslar olsun ki, Azərbaycan toyları və toylarda baş verən soyğunçu israfçılıq faciəsi cəmiyyətin bərbad reallıqlarının bir görüntüsüdür. 
Artıq əldən gedən milli-mənəvi, dini, mədəni-tarixi varlığımızı, habelə, normal insani münasibətləri qoruyub saxlamaq üçün həyəcan təbili çalmaq və həyatımızda sosial məna daşıyan mərasimləri müəyyən çərçivə içərisində icra etmək zamanıdır. Gənc nəslin düzgün meyarlar üzərində bünövrə salması naminə bu biabırçılığın qarşısının alınması intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələ kimi qoyulmalıdır.Türk şairi Nazim Hikmətin“Sən yanmasan,mən yanmasam, biz yanmasaqnecə çıxar qaranlıqlarişıqlığa?” hikmətini çiraq tək əldə tutub israfa yol verənlərə “Dur!” deyək ki, cəmiyyətin özəyini təşkil edən ailələr toy israfçılığı üzündən dağılmasın! Axı biz azərbaycançılığımızı qoruyub Zəfər Qələbəsi qazanan Oğuz nəsliyik!

Nigar Musazadə