Abşeronda azyaşlını avtomobil vuraraq qaçıb

Abşeronda 7 yaşlı uşağı avtomobil vuraraq qaçıb.
APA xəbər verir ki, hadisə Masazır qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.
Naməlum şəxsin idarə etdiyi ağ rəngli avtomobil 2016-cı il təvəllüdlü Tuncay Bayramlını vuraraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.