Bakıda qayda pozan DYP avtomobilinin görüntüləri yayıldı - VİDEO

Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə hərəkətdə olan zaman kobud qayda pozuntusuna yol verib.
Oxu.Az xəbər verir ki, qayda pozuntusu kənar dairəvi yolda qeydə alınıb.
Digər avtomobillərin təhlükəsizlik kameralarına əks olunan görüntülərdən aydın olur ki, 90-YP-479 dövlət qeydiyyat nömrə nişanlı yol polisi avtomobili dönmə işığından istifadə etməyib və qoşa xətti (1.3 nişanlama xətti) tapdalayıb.
Polis kobud qayda pozuntusuna yol verərək, qadağan olunan hissədən yolun sol tərəfinə keçməklə hərəkətdə olan digər maşınlara təhlükə törədib.  
Qeyd edək ki, hadisə ötən gün 18:40 radələrində qeydə alınıb.
Sözügedən qayda pozuntusunun görüntülərini təqdim edirik:

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚔⚠️ DYP avtomobilinin yol hərəkəti qaydasını pozduğu görüntülər.

✍️ Təklif və şikayətlərinizi Oxu.az informasiya portalının “Whatsapp” nömrəsinə göndərə bilərsiniz:

+994 55 224 76 86 📲📲📲

@oxuaze