İcra Hakimiyyətindən ağacların məhv edilməsinə REAKSİYA - FOTO 

Paytaxtın Xətai rayonu Məzahir Rüstəmov küçəsində ağaclar kütləvi şəkildə məhv edilib. Ağaclara müdaxilə faktı aşkarlandığından məsələ ilə bağlı akt tərtib edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən məlumat verilib.
Bildirilib ki, ağaclara müdaxilə faktı araşdırılıb və məsələ ilə bağlı akt tərtib olunaraq aidiyyəti qurumlara göndərilib:
“Hazırda ağacların mühafizəsi istiqamətində tədbirlər görülür. Artıq obyektin dam hissəsi sökülərək ağacların gövdəsi azad edilib”