Həftəsonu Bakıda gözlənilən hava şəraiti AÇIQLANIB 

Bakıda və Abşeron yarımadasında mayın 27-28-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, həftəsonu paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək, havanın temperaturu günorta saatlarında 25-29 dərəcə isti olacaq.