Abşeronda kafedə dava zamanı bir nəfər bıçaqlanıb

Abşeron rayonu Masazır qəsəbəsində dava düşüb.
APA xəbər verir ki, hadisə Duz gölünün kənarında qeydə alınıb.
1989-cu il təvəllüdlü Fəqan Bayram oğlu Bayramov kafedə dava zamanı bıçaqlanıb.
Yaralı şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.