Zaqatala sakini sirkə turşusundan zəhərlənib

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
Oxu.Az xəbər verir ki, rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir, onun daxili orqanlarının yandığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.