Azərbaycanda maddi dəstək alan din xadimlərinin sayı açıqlanıb

Azərbaycanda ümumilikdə 468 imam maddi dəstək alır.

“Report”un xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda məlumat verib.

Onun sözlərinə görə, həmçinin 312 imam müavini, 302 dini ayin icraçısı, 20 qadın dini ayin icraçısına maddi dəstək göstərilir.