Bu gün “Siyasi partiyalar haqqında" yeni qanuna uyğun olaraq bəzi partiyalar üzvlərinin reyesterini Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim edib.
"Sherg.az" Klassik Xalq Cəbhəsi Partiyasının qeydiyyat məsələsinin nə yerdə olduğunu öyrənmək üçün KXCP rəhbəri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxlayıb.
O bildirib ki, hər şey artıq bitib və təqdimetmə mərhələsindəyik:
"Hələlik Ədliyyə Nazirliyində qərar verilməyib. Sənədə nə vaxt və necə baxılacağı bizim işimiz deyil. Ancaq qanunauyğun olaraq iyulun 10-a qədər sənədlər təqdim edilməlidir. Biz də hər şeyi hazırlayıb təqdim etmişik".
Həmçinin Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli də öz sosial şəbəkə hesabında reyesterlə bağlı sənədləri baş idarəyə təqdim etdiyini yazıb.
“Bu gün “Siyasi partiyalar haqqında" yeni qanuna uyğun olaraq Vətəndaş Həmrəyliyi Partiyası üzvlərinin reyesterini Ədliyyə Nazirliyinin Ədliyyə sahədində xidmətlər baş idarəsinə təqdim etdik”- deyə Samir Əsədli söyləyib.