“Arılara pıçıldayan adam” – Təhlükəli oyun



Qarsda uzun illərdir təbii bal istehsal edən və “arılara pıçıldayan adam” kimi tanınan Yücel Üzeyir üzünə və bədəninə qonan minlərlə Qafqaz arısı ilə təhlükəli güc nümayişi göstərib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Qarsın Susuz mahalına bağlı Doyumlu kəndində Qafqaz arıları ilə təbii bal istehsal edən Yücel Üzeyir, arılarla qurduğu ürək bağı və heç kimin asanlıqla cəsarət edə bilməyəcəyi ağıldan çıxaran hərəkəti ilə minlərlə arını bədəninə alıb. O, həmin anları mobil telefon kamerası ilə lentə alıb.

Arıları qoruyucu paltar geyinmədən bədəninə alan Yücel Üzeyir “Qafqaz arısı dünyanın 4 irqindən biridir. Onun xüsusiyyəti uzun dili və çiçəklərin dərinliyindən bal götürmə qabiliyyəti ilə ortaya çıxır. Qafqaz arısı da çox itaətkardır. Hazırda yaşadığım atmosfer inanılmazdır. Arının mərkəzində olduğum üçün arıların yaratdığı melodiyanı tamamilə eşidirəm. Və o mərkəzin daxilindəki temperatur tamamilə sərinliyə çevrildi. Bu gözəl hissdir, həm də təhlükəlidir. Təbii ki, hər kəsə bunu etməyi tövsiyə etməzdim”, - deyə o bildirib.

Turan