Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi iddia olunur.
Yayılan şayiələrə görə, DİM sədri ilə bağlı qərar sentyabrın ilk ongünlüyündə elan olunacaq. Bununla yanaşı iddia edilir ki, Abbaszadənin vəzifəsini Elm və Təhsil Naziri Emin Əmrullayev icra edəcək.
"Sherg.az" sözügedən iddialara rəsmi münasibət öyrənmək üçün Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxlayıb.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə saytımıza bildirib ki, bununla bağlı bir məlumatları yoxdur:
"Sədr və bütün kollektiv müəyyən olunmuş qrafik üzrə öz işini davam etdirir".