Çində aşkarlanan 300 min illik yaşı olan insan qalıqları arxeologiya aləmində həyəcan yaradıb. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Buz dövrü"ndən qalma çənə sümüklərinin formasına diqqət çəkən mütəxəssislər indiyə qədər heç vaxt görünməmiş "qədim insan növü" tapdıqlarını iddiiddia ediblər.
Bu barədə çin, ispan və britaniyalı tədqiqatçılardan ibarət beynəlxalq komandanın bəyanatında deyilir.
2015-ci ildə Şərqi Çində tapılan çənə sümüyünün xüsusiyyətlərinin buz dövründəki digər insan növlərindən fərqli olduğu vurğulanıb.
Qalıqlarda müasir insanlara aid bəzi xüsusiyyətlər də var. "HLD 6" adlanan qalıqların 12-13 yaşlı oğlana aid olduğu ehtimal olunur.
Araşdırmanın nəticələri “Journal of Human Evolution”da dərc olunub. Kəşfin qeyri-adi olduğunu deyən mütəxəssislər bəşəriyyətin nəsil şəcərəsində yeni bir iz tapdıqlarını düşünürlər.