Bu gün texnologiya sayəsində yeni insanlarla tanış olmaq asan olsa da, xoşunuza gələn bir insana doğru şəkildə açılmaq o qədər də asan deyil. Belə hallarda kişilər ilk addımı atarkən, qadınlar qarşı tərəfdən doğru addımların gəlməsini gözləyirlər. Sherg.az türk mütəxəssislərə istinadən kişilərin qadına yaxınlaşarkən etdiyi səhvləri təqdim edir.
Bəyəndiyiniz qadına arxadan toxunmaq və ya "Salam, sizinlə danışmaq istəyirəm" demək tanımayan qadının nifrət etdiyi hərəkətlərdən biridir.
Odur ki, qarşı tərəfə yaxınlaşmaq üçün göz təması qurmağın bir yolunu tapın, sonra ona doğru getməzdən əvvəl sizin gəldiyinizi görə biləcəyi bucaqdan yaxınlaşın.
Sevdiyiniz qadının müəyyən bir məşğuliyyəti varsa, ona yaxınlaşmaqdan çəkinin. Çünki o, sizinlə kifayət qədər vaxt keçirməsə belə, sizə əhəmiyyət verilmədiyini hiss edə bilərsiniz.
Utancaq olmaq, əllərinizi cibinizdə saxlamaq, danışarkən tərləmək, sual verərkən kəkələmək özünə inamın aşağı olmasının əlamətləridir.
Əgər kişi özünə güvənmirsə, qadın bunu hiss edə bilər. Bir qadın güvənsiz olduğunuzu görəndə avtomatik olaraq sizin onun üçün uyğun kişi olmadığını düşünməyə başlayır.
Stereotip nazlı ifadələrdən istifadə edərək qadına yaxınlaşmayın.
Onu heyran etmək üçün çox səy göstərməyin. Bunun əvəzinə, ondan nə etdiyini soruşmaqla və ya geyindiyi paltarlar haqqında danışmaqla başlayın.
Qarşınızdakı qadına ilk dəfə yaxınlaşdığınız zaman diqqətli olun ki, “Qız, bu paltarda çox gözəl görünürsən” kimi nazlı cümlələr işlətməyəsiniz.
Çünki bu, qarşınızdakı insanın sizin haqqınızda yanlış təsəvvür yaratmasına səbəb ola bilər. Odur ki, nazlı sözləri həqiqi iltifatlarla əvəz edin. Sözlərinizi bədən dilinizlə dəstəkləyin.