Xalq artistinin vəziyyəti pisləşdi: Əməliyyata götürüldü

Xalq artisti, bəstəkar Faiq Sücəddinovun vəziyyəti pisləşib.

Manset.az-ın əldə etdiyi məlumata görə, görkəmli sənətkarın böyrəyində problem yaranıb və təcili əməliyyata götürülüb.

Xalq artistinin əməliyyatdan sonra vəziyyəti yaxşıdır, müalicə prosesi davam edir.

Qeyd edək ki, Faiq Sücəddinov 2006-cı ildə Xalq Artisti fəxri adına layiq görülüb. Azərbaycanın ən məşhur bəstəkarlarından biridir. Prezident təqaüdçüsüdür.