Zuhal Topal ailəsi ilə birlikdə Yaponiyaya səfərindən bir paylaşım edib. Kimono geyinən aktrisanın paylaşımları bəyənmələrlə dolub.
Sherg.az xəbər verir ki, məşhur aktrisa və aparıcı Zuhal Topal əri Korhan Saygıner və qızı Lina ilə Yaponiyaya gedib.

48 yaşlı aktrisa Yaponiya səfərindən rəngli fotolarını izləyiciləri ilə bölüşüb.
Kimono geyinən Topal bu paylaşımını "Unudulmaz xatirələrlə dolu Yaponiyadan geriyə qalan görüntülər" qeydi ilə paylaşıb.

Tarixi yerləri ziyarət etmək və yerli ləzzətlərdən dadan Topalın paylaşımları minlərlə şərh və bəyənmə alıb.