Amerikalı aktrisa Amanda Seyfrid davamlı intim səhnələr çəkməli olacağı serial təklifini rədd etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, aktrisa Hempstons Beynəlxalq Film Festivalında Alek Bolduinlə söhbəti zamanı bu cür səhnələrin artıq ona rahat olmadığını bildirib.
“Kimlə olmağımdan asılı olmayaraq, bunu etmək istəmirəm. Yad birinin yanında çılpaq olmaq istəmirəm”, – deyə Seyfrid qeyd edib.
Aktrisa gənclik illərində işini itirmək qorxusundan intim səhnələrə etiraz etmədiyini də etiraf edib. O, 19 yaşında çəkiliş meydançasında sərhədlərini qoruya bilmədiyini və həmin dövrdə yaxınlıq koordinatorlarının olmasını arzuladığını bildirib.

Seyfrid şəxsi həyatında da sərhədlər müəyyənləşdirdiyini deyib. Aktrisa uşaqları ilə birlikdə olduğu zaman pərəstişkarları ilə foto çəkdirməkdən imtina edir: “Çünki onların yaşadığı hər şey mənim yaşadıqlarımdan daha vacibdir”.
Aktrisa son vaxtlar müstəqil dram filmi “The Life and Deaths of Wilson Shedd” ilə festivallarda iştirak edir, həmçinin qarşıdan gələn “Steps” animasiya filmində Zoluşkanı səsləndirib.