O da Qarabağda erməni separatizminin körüklənməsində xüsusi canfəşanlıq göstərib
Bu sarsaq "intellektual" separatçının "Artsax"ın müstəqilliyindən dəm vurması həqiqətən absurdun və idiotizmin üst nöqtəsidir
"Erməni millətçiliyinə və separatçılığına zərbə vuran xüsusi məhkəmə davam edir. Bu dəfə kürsüdə, mikrofon önündə David Babayandır".
Bunu siyasi şərhçi, araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a açıqlamasında deyib.
Ekspert bildirib ki, qatı türk düşməni olan bu erməni separatçısı antiterror əməliyyatından sonra, 2023-cü ilin sentyabrın 29-da Qarabağdan Ermənistan ərazisinə keçmək istəyərkən Xüsusi Təyinatlılarımız tərəfindən yaxalanaraq Bakıya gətirilib:
"Bir çox soydaşları kimi David Babayan da Qarabağda erməni separatizminin körüklənməsində xüsusi canfəşanlıq göstərib. Digər separatçılardan nisbi intellektuallığı ilə fərqlənən və ixtisasca tarixçi-politoloq olan D.Babayan qondarma "dqr"-nin "müstəqil dövlət" kimi tanıdılması üçün çoxlu səy göstərib.
Tarix elmləri doktoru olan D.Babayan qondarma "Artsax universiteti"ndə və Ermənistanın Gorus universitetində geosiyasət, politologiya və dövlət quruculuğu predmetləri üzrə dərs deyib. Separatçı qurumda müxtəlif "vəzifələr" icra edib. Erməni separatizminin nəzəri əsaslarının yaradılmasında xüsusi fəallıq göstərən D.Babayan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra, vaxtilə işğal altındakı ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qəti etirazını bildirənlərdən biri olub".
Araşdırmaçı qeyd edib ki, D.Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində bu faktı açıq etiraf edib və bildirib ki, onlar ermənilərin Azərbaycana inteqrasiyasının əleyhinə olublar:
"Həmçinin Araik Harutyunyanın, Ruben Vardanyanın və qondarma rejimin digər “vəzifəli" şəxslərinin də inteqrasiya əleyhinə olduğunu bildirən David Babayan onu da əlavə edib ki, “heç bir “vəzifəli" şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü. Çünki inteqrasiya mümkünsüz idi”. Qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi və Ermənistanın diplomatik pasportu ilə gedib-gəldiyini etiraf edən bu sarsaq "intellektual" separatçının "Artsax"ın müstəqilliyindən dəm vurması həqiqətən absurdun və idiotizmin üst nöqtəsidir. Bu idiotizm bütün separatçılara xas olan xüsusiyyətdir".