İsraillə Həmas arasında başlayan müharibə 11-ci gününə qədəm qoyub. İsrailin Qəzzaya hücumlarından sonra mülki vətəndaşların sayı artmaqdadır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, sənət dünyasının tanınmış simaları bu zülmə səssiz qala bilməyib və sosial media hesablarından reaksiyalarını bildiriblər.
Əkizlərə hamilə olan Yasemin Şefkatlı İnstaqram hesabının hekayə bölməsində “Müharibənin dili və dini yoxdur. Hər biri qəddarlıqdır" deyə paylaşıb.
Model Özge Ulusoy: “Dünya çətin günlərdən keçir. Orada yaşanan ağrının təsviri yoxdur. Baş verənlər günahsız mülki insanların başına gəlir. Ümid edirik ki, bu müharibə mümkün qədər tez başa çatacaq”.
Ece Erken də “Milyonlarla insan ac, susuz və işıqsız qalıb. Burada ürəyimiz ağrıyır" deyə reaksiya verib.
Müğənni Hadisə sosial media hesabındakı paylaşımında bunları yazıb: “Heç bir uşaq, heç bir qadın, heç bir kişi, heç bir insanın ölməməsi mövzusunda hamımız eyni fikirdəyik. Mən siyasətçi deyiləm. Mən heç bir övladın, ailəsinin əziyyət çəkməməsini istəyən adamam. Müharibəni dayandırın!”