Şair Balayar Sadiq insult keçirib.
Kliniki Tibbi Mərkəzdən "Qafqazinfo"ya bildirilib ki, o, huşsuz vəziyyətdə KTM-ə gətirilib.
Ona komputer tomoqrafiyası edilib.
Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb.
"Sherg.az" B. Sadiqin son sağlıq durumu ilə bağlı onun dostu, şair Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb.
O bildirib ki, ailə üzvləri ilə daim əlaqə saxlayır:
""Semoşka" adlanan 1 saylı tibbi klinik xəstəxanasında reanimasiyadadır. Vəziyyəti orta -ağır olaraq qiymətləndirilir. Yeni-yeni gözlərini açır, huşu yerindədir. Dünən mənimlə 28 may ərazisində görüşdü. Əhval ruhiyyəsi çox yaxşı idi. Görüşüb, dərtləşdik. Sağollaşıb evə qayıdarkən təxmini 20 metr irəliləmişdi ki, bir də gördüm yıxılıb. Çox pis oldum, kömək etdik. Təcili tibbi yardım çağırdıq. Vəziyyəti əvvələ nisbətən yaxşıdı. Ümid edirəm ki, tez sağalar".