Dövlət Statistika Komitəsinin məlumatına görə 2023-cü ilin ilk dörd ayında Azərbaycanda 6920 boşanma halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Bu artım tempi kifayət qədər yüksəkdir və təhlilə ehtiyacı var.
Sual ortaya çıxır. Boşanmaların sayı niyə artıb ? Kimdir günahkar müasir dövr ya bu mühitdə böyüyüb,ailə quran gənclər?
Vəziyyəti dəyərləndirən psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, insanlar öz dəyər vahidini müəyyənləşdirmədən başqa birinin dəyərini aşkarlayıb həmin insanın onun üçün uyğun olub-olmadığını müəyyənləşdirə bilməz:
"Ailə, ailə dəyəri, ailə nədir və ailəni necə istifadə etmək lazımdır, təyinatı nədir bu sualları cavablandırdıqdan sonra nigah etməliyik. İnsanlara fürsət vermək lazımdır. Bunu da birinci olaraq təhsil verməlidir. Çünki təhsil daha çox bir şəxsin özünü kəşfinə yönəlməlidir. Özünü kəşf edən biri nəyə qadir olduğuna, hansı gücə sahib olduğuna bələd olacaq. Əslində mənə görə müasir dünyanın bu sistem üzərində qurulmağı hədəfləyir. Sadəcə olaraq bu bir keçid dönəmidir. İnsan beyni daha çox özünü kəşfə yönəldikcə qarşısındakı partnyorun ona uyğun olmadığını anlayır və ayrılırlar. Məişət qayğısının indiki dövrdən daha çox olduğunu nəzərə alsaq, İnsanların nəinki, özünü kəşfetmə fürsəti ümumiyyətlə, düşünməyə vaxtları yox idi. Ona görə də boşanmaların sayı indiki dövrə nisbətən daha az idi. Əslində "boşanma niyə bu qədər artıb?" sualını verməklə bunun pis bir şey olduğunu göstəririk. Cəmiyyətdə mənfi düşüncə formalaşır. "Boşanma müasir dövrdə qadın cinayyətlərini azaldır" deyə statistika verə bilərik. Bu əslində pozitiv bir yanaşma olardı. Biz boşanmaya sanki "başsız qadınlar, atasız uşaqlar çoxalır" deyə mənfi motivdən yanaşırıq. Cəmiyyət bu yanaşmanı düzəltmədən həll yolunu tapa bilmərik".