"Cavab da vermək istəmirəm, onun cahilliyidir"  - Müzakirə yaradan psixoloq

"Günə son" verilişində mübahisəyə səbəb olan fikirləri ilə gündəmə gələn psixoloq Əfsanə Rustəmova sözügedən açıqlamasından danışıb. 
                                                                                                                 
Bu barədə "Sherg.az"la həmsöhbət olan psixoloq bildirib ki, insanların necə istəyirlərsə, elə başa düşməklərinin tərəfdarıdır:                                                 

"Bu, məni qətiyyən narahat etmir. Çünki 1-ci mərtəbədə olan birinin səsi 10-cu mərtəbəyə çox qırıq-qırıq çatır. Bu cür eşitdiyi səsi tam informasiya kimi qəbul edib, ona fikir bildirirsə, onun cahilliyidir.  İnsanlar nəyi necə istəyirlərsə, elə anlamaqda azaddırlar.

 Bütün dünyada heç bir anlayış mütləq fikrə söykənmir. Qurulan cümlədən sadəcə bir rəqəmin üstündən fikir bildirirlərsə, onların yüksək maddi problem çəkdiyini göstərir. Əslində bu baxımdan onlara kömək etmək lazımdır. Çünki şəxs niyə fikrə deyil, rəqəmə fokuslanar deyə düşünsək, belə qənaətə gələrik ki, həmin insanın həyatında əskik olan rəqəmdir. Buna görə də  fikir onu qıcıqlandırır. Bu cür şəxslər maddi ehtiyac içindədir deyə, kifayət qədər gərgindilər. Əlavə olaraq mən açıqlama verib, çox gərmiyim.
 
Biz etiraf edə bilərik ki, toplum həm də qeyri-peşəkardır. Sadəcə istəmədən mübahisə yaradan fikirlərim mənə qəribə gəlir. Çünki sosial mediadan istifadə edən biri deyiləm. Səkkiz ildən çoxdur ki, sosial şəbəkələrdə bir dənə belə reklamım getmədən öz sahəm üzrə çalışan biriyəm. Bu bir psixoloq üçün çətindir. Heç bir reklamsız davam edirsənsə, böyük nailiyyətdir. Bu informasiyanı belə bilsələr, onlar anlayarlar ki, mübahisə etdikləri adam kimdir. O, nə haqda danışmaq istəyir. Belə bir şeyi xaiş etmədikləri təqdirdə onlara cavab vermək istəmirəm".