Yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün vəsait ayrılacaq

Növbəti ilin dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün ayrılacaq vəsaitin həcmi məlum olub.

APA-nın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Gələn ilin dövlət büdcəsində yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanması üçün 42,0 milyon manat vəsait ayrılacaq.