Boris Consondan iddia: Dinləmə cihazını kim yerləşdirib?

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson qeyri-adi iddia ilə çıxış edib. 

Sherg.az "Teleqraf.com"a istinadən xəbər verir ki, Conson xarici işlər naziri olduğu müddətdə İsrailin baş naziri Binyamin Netanyahu ilə iqamətgahında görüşdüyünü və bu görüşdən sonra iqamətgahın tualetində dinləmə cihazı tapıldığını bildirib. 


 
Ziyarətdən sonra axtarış zamanı hamamdan bir dinləmə cihazının aşkar edildiyini ifadə edən Conson, hadisənin təsadüf ola biləcəyini də ifadə edib.

Britaniya mətbuatının yazdığına görə, Conson hadisə ilə bağlı İsraillə hər hansı bir əlaqənin olub-olmaması barədə məlumat verməyib. Lakin məlumdur ki, o zaman İsrail Ağ Evdə dinləmə cihazı yerləşdirməkdə ittiham olunurdu.