16 yaşlı Sebahat 2 gündür itkin düşüb

Dünən günorta saatlarında Afyonkarahisardakı evindən çıxandan sonra bir daha xəbər alınmayan 16 yaşlı Sebahat Bozqurd hər yerdə axtarılır.

Sherg.az xəbər verir ki, Afyonkarahisarda yaşayan 16 yaşlı Sebahat Bozqurd dünən günorta saatlarında Sahibata səmtindəki evindən çölə çıxacağını bildirərək gedib.

Lakin axşam saatlarına qədər övladlarına çata bilməyən Bozqurd ailəsi vəziyyəti polisə bildirərək kömək istəyib.

Xəbər üzərinə hərəkətə keçən polis qrupları Sebahatın tapılması üçün əməliyyat başlayıb.