İran XİN: “Hava məkanını İsrailə açan  istənilən ölkə düşmən sayılacaq”

“Hava məkanını İsrailə açan  istənilən ölkə düşmən sayılacaq”
"Sherg.az "  Azad İran kanalına istinadən xəbər verir ki , bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçı deyib. Əraqçı deyib ki , İran öz hava məkanını İsrailə verən istənilən ölkəni düşmən hesab edəcək.
“İran artıq öz mövqeyini digər ölkələrə çatdırıb. Ümid edirik ki, heç kim düşmənə (İrana mümkün hücumlar üçün) belə icazə verməyəcək”, - deyə, Abbas Əraqçı vurğulayıb. 
Turan