"Survivor" Barış nişanlanıb - FOTO

"Survivor 2023" mövsümündə  performansı ilə yarışmada iz qoyan Barış Telli evliliyə doğru ilk addımını atıb. Türkiyə Amputasiyalı Milli Futbol Komandasının ulduzu Barış Telli Rümeysa Çakmakla nişanlanıb.
Sherg.az  türk mediasına istinadən xəbər verir ki, futbolçu Barış Telli və riyaziyyat müəllimi Rümeysa Çakmak ailələri arasında keçirilən mərasimlə nişanlanıb. "Survivor"dan olan dostu Asena Demirbağ bu özəl gündə Barış Tellini tək qoymayıb.

 

Barış Telli və nişanlısı ilə çəkdirdiyi pozu sosial media hesabında paylaşan Dəmirbağ "İnşallah ömür boyu xoşbəxt olarsınız" yazıb.

Barış Telli də nişanından şəkilləri İnstaqram hesabında paylaşıb.