Bakı və Sumqayıtın bir hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq

Magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar Abşeron və Bakının Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Sumqayıtın “Bağlar” ərazisinə də içməli suyun verilişində məhdudiyyətlər olacaq.