“Son dövrlərdə cənab Prezidentin tapşırığı ilə Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində ciddi işlər aparılır”.
Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.
“Ötən gün Aşıq Ələsgərin abidəsinin aşılışında bu haqda müxtəlif fikirlər səsləndirildi. Gələcəkdə də digər dəyərli, tanınmış şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində layihələrimiz mövcuddur və bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər görüləcək”, - deyə o qeyd edib.