Hizbullah liderinin vəsiyyəti tapıldı

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində öldürülən Hizbullah şiə hərəkatının lideri Həsən Nəsrullahın vəsiyyəti ortaya çıxıb.
Sherg.az Modern.az-a istinadən xəbər verir ki, Nəsrullahın şiələrə xitab edərək yazdığı vəsiyyət belədir:

”Bismillahir-Rəhmanir-Rəhim. Dünya və axirət xeyirinə İmam Xameneinin (onun kölgəsi davam etsin) liderliyinə inancınızın güclü və sağlam olmasını sizə vəsiyyət edirəm.

Nəsrullah”.

Sentyabrın 27-də İsrailin Livanın paytaxtı Beyrutda həyata keçirdiyi hava hücumunda Hizbullah lideri Seyid Həsən Nəsrullah ölüb.