2024-cü il Sevgililər Günü üçün geri sayım başladı. Cütlüklər arasında romantik münasibəti qeyd etmək, sevgi ifadə etmək və sevgililər arasında emosional bağları gücləndirmək baxımından əhəmiyyətli olan Sevgililər Günü hədiyyəsi hazırlamaq istəyənlər bunun hansı günə düşdüyü ilə maraqlanır.
Sherg.az xəbər verir ki, hər il fevralın 14-də qeyd olunan Sevgililər Günü müxtəlif hədiyyələr, tədbirlər və gözəl xatirələrlə dolu özəl bir gündür.
Sevgililər Günü dünyanın bir çox ölkəsində xüsusi bir gündür və qeyd etmələr müxtəlif üsullarla təşkil edilir. Sevgililər Gününü qeyd etmək üçün bir çox fikir var. Orta əsr inancına görə quşlar öz həyat yoldaşlarını fevralın 14-də seçirlər ki, bu da bu gün Sevgililər Gününün qeyd olunmasına zəmin yaradıb. Xüsusilə Sevgililər Günü üçün ilk təbrik kartları 16-cı əsrdə ortaya çıx;b. 1800-cü illərdə şirkətlər bu kartları kütləvi istehsal edirdilər.
SEVGİLİLƏR GÜNÜ NECƏ YARANIB?
Hər il fevralın 14-də ritual olaraq qeyd olunan Sevgililər Günü miladdan sonra III-cü əsrə təsadüf edir. Şayiələrə görə, imperator II Klavdi Romanı öz sərt qaydaları ilə idarə edirdi.
Klavdi üçün ən böyük problem ordusunda döyüşmək üçün əsgər tapa bilməmək idi. Onun sözlərinə görə, bu vəziyyətin yeganə səbəbi Roma kişilərinin sevgilərini və ailələrini tərk etmək istəməmələri olub. Buna görə də Klavdi Romada bütün nişan və evlilikləri ləğv etdi. Müqəddəs Valentina Klavdinin dövründə Romada yaşamış bir keşiş olub. Müqəddəs Valentin, eyni zamanda keşiş olan Müqəddəs Marius ilə birlikdə, Klavdinin qadağanına baxmayaraq, gizli şəkildə cütlükləri evləndirməyə davam edib. Lakin imperator bu vəziyyətdən bir müddət sonra xəbər tutub. Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olunub və çubuqla döyülərək öldürüldü. Valentin 14 fevral 270-ci ildə xristian şəhidliyində dəfn edilib.
Həmin gündən Sevgililər Gününün qeyd edildiyi bildirilir.
Sevgililər Günü həm də adi bir hədiyyə vermək və almaqdansa, ortaqlar arasında romantik bir paylaşım və sevginin gələcəyinə sərmayə olaraq qəbul edilir.