Bakıda bir çox sürücülər yanacaqdoldurma məntəqələrindən şikayətçidirlər.
Onlar bildiriblər ki, sayğacda yanacağın litrinə dair görülən rəqəmlər gedilən yolun kilometrajı ilə üst-üstə düşmür.
Bundan əlavə, sürücülər yanacağın çox sürətlə vurulmasından narazıdırlar.
Onların fikrincə bu halda aldadılmış olurlar.
Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanda bəzi yanacaqdoldurma məntəqələrinin satdığı benzinin keyfiyyəti çox aşağıdır:
"Həmin yanacağdan istifadə etdikdən sonra avtomobillərdə bir sıra fəsadlar yaranır. Bu da vətəndaşlara külli miqdarda ziyan vurur. Əvvəllər bununla bağlı xeyli sayda monitorinqlər aparılırdı. Həmçinin qaydalardan kənara çıxan yanacaqdoldurma məntəqələri aşkar edilərək ictimaiyyətə məlumat verilirdi. Ancaq günümüzdə bu cür prosseslərin hələ də təkrarlandığının şahidi oluruq. Xüsusən sakinlər Bakıdan kənar bölgələrdə satılan benzinin keyfiyyətindən şikayyət edirlər. Onlar deyirlər ki, rayonlarda satılan benzinlə Bakıdakının arasında böyük fərq var. Buna görə də sözügedən halla bağlı monitorinq qrupları yaradılmalı, keyfiyyətsiz benzin satan yanacaqdoldurma məntəqələri araşdırılmalı və qanuna zidd vəziyyətlə qarşılaşdıqda cərimə tətbiq olunmalıdır. Bunun üçün qanunverici baza mövcuddur".