Saçlar hər bir qadın üçün bir növ "geyim" rolunu oynayır. Onların sayəsində obrazda əsaslı dəyişiklik etmək olar. Hər il müxtəlif dəb cərəyanları formalaşır. Əvvəlki illərdən fərqli olaraq isə son vaxtlar gənc xanımlar daha çox təbii rənglərə üstünlük verirlər. Bunun səbəbi nədir? Ümumiyyətlə, 2024 -cü ilin yaz ayının ən trend çalarları hansılar olacaq? Təfərrüatlar xəbərimizdə:
Mövzu ilə bağlı "Sherg.az"a danışan saç kəsimi ve koloristika üzrə mütəxəssis Aygün Əzimi söyləyib ki, hər zaman sarı ve soyuq tonlar xanımların severek seçdiyi rənglər sırasındadır:
"Lakin bu seçim daha çox yaşla bağlı bir nüansdır. Açıq rəng çalarları gənc xanımları daha böyük göstərsə də, 50 yaşdan yuxarı qadınlara şarm ve fərqlilik bəxş edir. Təbii ki, burada dəri tonları böyük əhəmiyyət kəsb edir. Hazırda orjinal saç rəngləri dəbdədir. Ona görə də son vaxtlar saçlarda sərt kontrastlar demodə sayılır. 2024cü ildə qəhvəyi və onun açıq tonları,darçın rəngi, yaz ve yay aylarında isə bal sarısı rəngləri trenddə olacaq. Ümumiyyətlə, isti tonlar daha çox aktuallıq daşıyır. Amma hər zamankı kimi xanımlar özünə hansı rəngi yaraşdırırsa, onu da seçir. Bir sözlə,trend onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Bütün hallarda müştərinin seçiminə hörmətlə yanaşmaq lazımdır ".