Vətəndaşların daşınmaz əmlak üzrə ən çox üz tutduğu seqmentlərdən biri də torpaq bazarıdır. Torpaq bazarında alqı-satqı əməliyyatları zamanı kifayyət qədər problemlər yaşanır.Həmçinin, son illər paytaxtın ətraf kənd və qəsəbələrində məskunlaşmanın sürətlə artması yaşayış təyinatlı boş torpaq sahələrini kəskin azaldıb. Bu zaman torpaq sahəsi alaraq ev tikmək istəyən vətandaşları belə bir sual düşündürür. Görəsən, Bakının hansı ərazilərindən aşağı qiymətə torpaq sahəsi almaq mümkündür?
Məsələ ilə bağlı "Sherg.az"a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, alıcılar qanunla yalnız çıxarışı olan torpaq sahəsi üzərində tikintiyə icazə verildiyini bilməlidirlər:
"Fərdi ev inşa edərkən torpağın təyinatı və çıxarışı təklif olunan qaydada yaşayış məntəqəsinə uyğun olmalıdır. Bu zaman həmin torpağa normativ üzrə layihə çəkilməlidir ki, ölçülərə uyğun təyin edilsin. Hazırda Bakı şəhərinin ətrafında yüksək perspektivə malik, daha sərfəli torpaq sahələri aktiv inkişaf edən ərazilərdə və iri həcimli məkanlarda yerləşir. Bura xüsusi olaraq Nardaran və Pirşağı qəsəbələri arasında yerləşən Ləhiş bağlarını misal çəkmək olar. Zabrat, Zığ dairəsi, Türkan, Buzovna, Maştağa, Mehdiabadda da kifayyət qədər çıxarışı olan və ucuz qiymətə torpaq sahələri satılır".