İstanbulda "Allahu Əkbər" deyən qarğa görüntülənib - VİDEO

İnternetdə hər gün maraqlı və təəccüblü videolarla rastlaşmaq mümkündür.  İstanbulun Beylikdüzü səmtində yerləşən Gürpınar sahilində baş verən hadisə də çox maraqlıdır.

Sherg.az xəbər verir ki, Gürpınar çimərliyi ətrafında gəzən vətəndaşlar ağac üzərində dayanan qarğanın çıxardığı maraqlı səsə heyrətlənib. Qarğanın dönə-dönə təkrarlanan “Allah-u Əkbər” səsi ətrafdakıları heyrətə salıb.

Vətəndaşlar hadisəni mobil telefon kameraları ilə lentə alaraq qarğanın bu qəribə davranışını lentə alıblar. Videoda qarğanın ağacın üstündə dayanaraq davamlı olaraq “Allah-u Əkbər” səsi çıxardığı görünür.

Bu maraqlı hadisə sosial şəbəkədə sürətlə yayılaraq bir çox insanın diqqətini çəkib. Təbiətin təqdim etdiyi belə qəribə və maraqlı məqamlar insanları həmişə təəccübləndirməyə davam edir.