Hər gün toyuq yemək orqanizmdə xərçəng riskini artıra bilər, çünki neqativ təsir edir.
Bu barədə onkoloq Daniil Şepelayev bildirib.
“Toyuq ətinə aşırı rəğbət kolorektal-bağırsaq xərçəngi inkişafında tətik mexanizmi rolunu oynaya bilər.
Hər gün və aşırı toyuq əti yemək yoğun və düz bağırsaq xərçənginin səbəblərindən ola bilər.
Bu barədə son elmi araşdırmalar da göstərir ki, alimlər kolon xərçənginin ətdən qaynaqlandığını sübut edib və bu siyahıda təkcə qırmızı ət yox, toyuq əti də var.
Xüsusən broyler toyuq əti və onu qızardarkən yarana kanserogen maddələr, hormonlar sağlamlığa zərərsiz ötüşmür.
Sağlıqlı qidalanma balanslı olmalıdır. Orqanik mənşəli təbii qidalara üstünlük verin. Termiki emal edilmiş, fast-food qidalar,ət məhsulları, qızarmış toyuq və kartof birmənalı zərərdir.
Kolorektal xərçəngin profilaktikası üçün lifli qidalar daha çox lazımdır: göyərti, səbzə, tərəvəz və paxlalar”.
“Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycan özünü toyuq və toyuq məhsulları ilə tam təmin etmək səviyyəsindədir:
“Hətta toyuq və toyuq məhsulları ixrac olunur. Azad bazar iqtisadiyyatı şəraitində Türkiyədən, İrandan, Braziliyadan və digər ölkələrdən Azərbaycana toyuq əti gətirilir. Birmənalı şəkildə toyuq ətini hər gün yemək olmaz. Ümumiyyətlə heç bir qidanı hər gün davamlı olaraq yemək düzgün deyil. Hətta suyu da dəyişib içmək lazımdır. Toyuq ətinə xüsusən kiçik yaşlı uşaqlar öyrəşirlər. Daim müxtəlif formalarda toyuq ətini tələb edirlər. Həkimin fikirləri ilə tam razıyam. Azərbaycanda bu sahədə heç bir tədqiqat getmir”.