Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb.
Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib.
Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb.
Belə ki, onlar qapılar açılar-açılmaz əcnəbi musiqisi sədaları altında oynamağa başlayıb. Bəylə gəlinin ardınca zala daxil olanlar da rəqslə onları müşayiət ediblər.
Sosial media istifadəçilərinin görüntülərə münasibəti birmənalı olmayıb. Onlar arasında gənclərin addımını müasirliklə əlaqələndirənlərlə yanaşı tənqid edənlər də yer alıb. Vağzalının əvəzolunmaz musiqi olduğunu deyən sosial şəbəkə istifadəçiləri xalq oyun havasının simvolikliyini önə çəkiblər:
Sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, adət etmişik ki, bəy və gəlin məclisə vağzalı sədaları altında gəlir:
“Bu bizim dəyişilməz milli adətimizdir. Son vaxtlar vağzalımız toy marşı ilə də əvəz olunur. Məncə vağzalı daha keyfiyyyətli və bəyənilən giriş olar. Məclisdə özümüzdən böyük insanlar olur. Hesab edirəm ki, bu cür girişi dostlar üçün təşkil olunmuş toy məclisində edə bilərlər. Gün onlarındı və onlarda istədiklərini etməkdə sərbəstdirlər. Bu mahnını sevirlərsə, girişi bu cür edə bilərlər. Dost çevrələri üçün təşkil olunmuş məclisdirsə, normaldır. Ancaq geniş çevrə üçün təşkil olunmuş məclisə vağzalı ilə daxil olmaları daha bəyənilən olardı. Həm adətlərin ölməməsi baxımından, həm də ümumilikdə ictimaiyyətin qınağı məsələsinə görə. Məncə çoxluğun fikrincə belədir. Müşahidə etdim ki, bu videoya baxan və fikir bildirən ictimaiyyətin ümumi qənaəti ondan ibarətdir ki, vağzalı daha çox üstünlük təşkil edilən versiyadır. Müasir gənclər Əvvəlki nəsil kimi düşünmür. Onlar üçün necə rahatdırsa, elə də etmək istəyirlər. Məsələn biz xalq musiqilərini sevə-sevə dinləyirik. Ancaq indiki gənclər xalq musiqilərinə əhəmiyyət vermir. Daha çox müasir tipli musiqilərlə əylənməyi sevirlər. Ona görədə bu adətlərin tətbiqi toyda rəqs üçün seçilən havalarda özünü göstərir. Toya gələn böyüklərə, çevrənin genişliyinə və iştirak edən qonaqların çeşidliliyinə istinadən vağzalı ilə girişləri daha məqsədə uyğundur”.