Hər şey uşaqlar üçün: Daha şüurlu valideyn olmağın 8 yolu

Bir çox valideynlər övladlarının xoşbəxtliyini hər şeydən üstün tutsalar da, kim olduqlarını dərk edə bilmirlər. Əslində daha şüurlu valideyn olmağın yolları var...Sherg.az təqdim edir:

Valideynlərin övladından xəbərdar olmasının ən asan yollarından biri sürəti azaltmaqdır. Çünki xəbərdar olmaq, ev tapşırığı və dərsdənkənar işlərə tələsmək əvəzinə özünüzə və uşağınıza vaxt yaratmaq deməkdir.


Uşaqlarınızın sevimli dostlarını tanımağa çalışın. Hətta onları tez-tez evinizə dəvət edin. Çünki övladlarınızın dostlarını ailənizin ortasında qonaq etmək; onlara nəyin təsir etdiyini öyrənmək üçün əla yoldur.

Uşağınızın danışdığı zaman onu həqiqətən dinləmək, onun fərqindəliyini əldə etməyə kömək edir.

Nahardan sonra uşağınızla eyni məkanda olmaq və bir-birinizin yanında rahat hiss etmək üçün vaxt yaradın. Telefonunuzdan uzaqlaşın və onlarla birlikdə olun.

Yaradıcılıq xoşbəxtliyi artırır. Bunun ən yaxşı yolu uşağınızla mətbəxdə vaxt keçirməkdir. Üstəlik, birlikdə bişirdiyiniz zaman onların dadlarını, üstünlüklərini, bəyənmədiklərini və ehtiraslarını öyrənirsiniz.

Valideynlər də uşaqların həyatında ev tapşırıqlarının bir hissəsi olmalıdır. Ev tapşırığını yerinə yetirərkən uşağınızın yanında olsanız, onun nə ilə mübarizə apardığını və nəyi asanlıqla qavraya bildiyini görə bilərsiniz.

Uşağınızın özünü dəyərli hiss etməsi və sizinlə sağlam ünsiyyət qurması üçün birlikdə vaxt keçirmək çox vacibdir. Bu səbəbdən uşağınızın bəyəndiyi fəaliyyətlərlə məşğul olmaq, əlaqənizi gücləndirməyə kömək edəcək.

Uşağınızı hər hansı bir məktəbdənkənar kursa apardığınız zaman bacarırsınızsa, onu izləyin. Bu, onun özünü daha dəyərli hiss etməsinə səbəb olacaq.

Turan