Astral səyahət: Bu insanların altıncı və bəsirət gözü ilə bağlıdır -PSİXOLOQDAN MİSTİK AÇIQLAMA

Son vaxtlar astral səyahət aktual mövzular sırasındadır. Astral səyahət insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahatı belədir: Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik. Bununla bağlı fikirlər cəmiyyəti iki yerə bölür. Bəziləri bunu cəfəngiyyat və psixolu pozuntu hesab edir. Digərləri isə belə bir şeyin varlığına inanırlar.  
Bəs görəsən, astral səyahət deyilən anlayış var, yoxsa bu psixoloji pozuntu ilə bağlıdır? 
 
Sualımızı cavablandıran psixoloq Əfsanə Rüstəmova "Sherg.az"a bildirib ki, insanın sabit psixoloji vəziyyətində bədəninin bötövlüyünə ehtiyacı var:

"Belə olduğu halda ruhumuzun harasa gedib nəsə etməsi normal deyil. Bununla bağlı tibbi nəticə də yoxdur. Ancaq bu biraz mistikdir, insanların altıncı və bəsirət gözü ilə bağlıdır. Məhz, bu zaman birinin ruhən və bədənən tamlığı pozula bilər. Sadəcə burada həssas bir nüans var. İnsanların psixoloji vəziyyəti normalda sabit olmadıqda da bunu astral səyahət kimi qələmə verə bilirlər. Ona görə də həmin şəxsin digər zamanlarda həyat keyfiyətini araşdırmalıyıq ki, göstəricilərə zidd, paronoyalar, hallüsinasiyalar müşahidə edilirmi? Əgər belə bir şey yoxdursa, sadəcə günün müəyyən zamanında bir neçə saniyəlik səyahət yaşayırsa, həmin adamın  güclü hissiyata malik olduğunu düşünmək olar. Hər bir halda onun danışdıqlarının bizə təsiri olmamalıdır. Bunu hər hansı psixoloji pozuntu deyə bilmərik. Bu dioqnozu yalnız onun həyat keyfiyətinin pozulduğu, dünyəvi yaşantısından təmamilə əl çəkib həyatını astral səyahət üzərində qurduğu təqdirdə qoya bilərik".