Ən xoş xəbər: Dünyada uzunömürlük 5 il artacaq

Alimlər 2022-2050-ci illər arasında dünya üzrə gözlənilən uzun ömürlüyün təxminən 5 il artacağını açıqlayıblar.

Sherg.az xəbər verir ki, araşdırmaya görə, bu illər arasında insan ömrü kişilər üçün 4,9 il, qadınlar üçün isə 4,2 il artacaq. Qadınlar üçün gözlənilən uzun ömürlük 76,2 yaşdan 80,5 yaşa, kişilər üçün isə 71,1 yaşdan 76 yaşadək artacaq.

“2021 Qlobal Xəstəlik Yükü” araşdırmasında 204 ölkədə risk faktorları araşdırılıb. Araşdırmada ən yüksək artımın ən aşağı ömür uzunluğuna malik bölgələrdə müşahidə olunacağı qeyd edilib. Bu proqnoza görə, ölkələr arasında gözlənilən ömür fərqi azalacaq.

“The Lancet” jurnalında dərc olunan araşdırmanın müəlliflərindən biri Dr. Chris Murray bunları deyib: "Gözlənilən uzun ömürlüyün ümumi artımına əlavə olaraq, biz müəyyən etdik ki, uzunömürlük bərabərsizliyi coğrafiyalar arasında azalacaq" deyib.

Alimlər bildirirlər ki, dünyada gözlənilən bu artım ürək-damar xəstəlikləri, Covid-19 və yoluxucu xəstəliklərin qarşısının alınması üçün ictimai səhiyyə tədbirləri ilə bağlıdır.

Yeni araşdırmanın mühüm tapıntılarından biri də odur ki, gözlənilən uzunömürlük artsa da, bu illər sağlam şəkildə keçməyəcək. Araşdırmaya görə, “sağlam uzunömürlük” 2022-ci ildən 2050-ci ilə qədər cəmi 2,6 il, 64,8 yaşdan 67,4 yaşa qədər artacaq. Bu artım gözlənilən uzunömürlüyün az qala yarısına uyğundur.