Məhəllədə piton ilanı həyəcanı, kamera tələlər quruldu

Muğlanın Fethiye rayonunda 6 gün əvvəl bir bağda göründüyü və şəkili çəkildiyi iddia edilən piton ilanı qorxuya səbəb olub. Bütün cəhdlərə baxmayaraq tapıla bilməyən piton üçün məhəlləyə kamera tələləri qoyulub. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, məhəllə sakinlərinə xəbərdarlıq edən muxtar Ənvər Kavak vəziyyəti ilk olaraq sosial media hesabında paylaşıb.

Postdan sonra ilan axşam saatlarında yenidən görünüb.

Məhəllədə böyük çaxnaşma yaşanıb. Piton ilanının binanın altındakı boşluğa girdiyi iddiasından sonra Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinin qrupları əraziyə yönəldilib. 


Məhəllə muxtarı Enver Kavak ilanın sonuncu dəfə kirpi yeyərkən  görüldüyünü söyləyib: 
"Bu gün Təbiəti Mühafizə və Milli Parklar Müdirliyindən gəldilər. Foto tələlər qurdular. İnşallah ilan  tapılar və bütün məhəllə  ondan qurtular. İkinci gün məhəllənin yarısı onu gördü. Adamları görəndə qaçdı və bir daha görünmədi”.