Türkiyədən Rusiyaya və İraqa göndərilir! Sahədə kilosu 8 TL-dir

Türkiyənin bərəkətli torpaqlarından biri olan və bir çox məhsulun yetişdirildiyi Hatayın Amik düzündə yay aylarında məhsul yığımına başlanılıb.

Sherg.az xəbər verir ki, Reyhanlı rayonunda fermer Ahmet Cünedioğlunun 45 hektar sahədə becərdiyi yastı şaftalılar artıq yığılır.

Afrika istilərinin təsirini hiss etdirdiyi bölgədə gün ərzində 40 dərəcəyə çatan istilərə baxmayaraq, məhsul yığımı çətin şəraitdə davam edir. Kilosu 8 lirəyə satılan yastı şaftalılar zəlzələdən zərər çəkmiş bölgəyə iqtisadi töhfə verir.

 Ahmet Cünedioğlu deyib: "Yastı şaftalı 45 dekar sahədən yığılır. Təxminən 50 ton məhsulumuz var. Yerində  təxminən 8 lirəyə satılır. Bu meyvə ümumiyyətlə Rusiya və İraqa ixrac edilir. Hazırda ixrac bağlandığı üçün məhsullar Türkiyədə qalır”.

Yığımın çox çətin olduğunu bildirən Zeynep Avcı gündəlik 515 TL maaş aldığını ifadə edərək, "Biz tarlada işləyirik. Səhər saat 5-də gəlib, saat 2-də yola düşürük. Yastı şaftalını yığmaq istilərdə çox yorucu işdir" deyə bildirib. 

İstilərin başlaması ilə işin daha da çətinləşəcəyini bildirən Zəhra Horoz isə əlavə edib: "Burada yastı şaftalı yığırıq. İşimiz çox çətin və ağırdır, zənbil daşımaq, toplamaq kifayət qədər ağırdır. Temperaturlar yüksəlib və bir az daha çətin olacaq. Gündəlik maaşımız 515 TL-dir. Gündə 1 yük maşını doldururuq”.