Beyləqana yeni DYP rəisi təyin edildi

Polis mayoru Ruslan Rəhimov Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi təyin olunub.
Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, bundan öncə o, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsində çalışıb.