Saçların ağarması əksər hallarda genetik olur

Əgər valideynlərdən biri bu problemlə tez üzləşibsə, o zaman övladında da bu problem yaşanacaq

  Saçların ağarması qocalığın ilk əlaməti sayılsa da, bəzən gənc yaşda ağ saçlarla rastlaşa bilərsiniz. Saçların vaxtından əvvəl ağarmasının səbəbi bədəndə çatışmayan bəzi vitaminlər ola bilər.
Genetik pozğunluqlar, xroniki stress və melanin istehsalındakı disbalans da saçların vaxtından əvvəl ağarmasının səbəbləri hesab edilir.
Ancaq bəzi vitaminlərin çatışmazlığı saçların daha tez ağarmasına səbəb olur.
Saçın rəngi saç köklərində olan melanin adlı piqmentlər tərəfindən müəyyən edilir. Yaşla birlikdə melanin istehsalı azala bilər, bu da saçın təbii olaraq ağarmasına səbəb olur.
Bununla belə, saçların vaxtından əvvəl ağarması genetik faktorlar, stress səviyyələri, hormonal dəyişikliklər və ya bəzi sağlamlıq problemləri ilə də bağlı ola bilər.
  Həkim Raul Əzimov “Sherg.az"a açıqlamasında deyib ki, saçın ağarması təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. 

Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlarda, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur. Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50 faizinin 40 yaşa qədər ağarması və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.
Saçın rəngi onun mərkəz hissəsi olan - beyin maddəsi ilə təyin olunur. Beyin maddəsinin tərkibi, melanisidlər - saç soğanaqlarında yaranan xüsusi hüceyrə olan azsaylı piqment və qaz qabarcıqlarından ibarətdir. Piqmentin sayından asılı olaraq saçlar müxtəlif rəngdə olur: açıq, şabalıdı, kürən və qara. Ağarmış saçlarda piqment olmur, onlar yalnız hava qabarıcıqlarından ibarət olurlar.
  Zamanla saçlarda piqmentlərin sayı azalır, qabarcıqların sayı isə artır. Piqmentlərin maksimal boyama vaxtı yetkin yaşlara təsadüf edir. Bu səbəbdən saçlar uşaq vaxtı daha açıq, yaşlandıqca isə ağarmaya doğru gedirlər. Piqmentlərin - kifayət qədər möhkəm olmağına baxmayaraq, onlar da ətrafdan olan təsirdən qısmən dağıla bilirlər. Məsələn, kimyəvi maddə (bu zaman saçların rəngi solur) və ya günəş radiasiyası (saçlar yanır) kimi hallarda.
  R.Əzimovun sözlərinə görə, əksər hallarda bu problem genetik olaraq keçicidir. Əgər valideynlərdən biri bu problemlə tez üzləşibsə, o zaman sizdə də bu problem çox güman ki, olacaq.
Bundan əlavə isə vaxtından tez saçların ağarması irsi olmayan faktor və bir çox xəstəliklərlə əlaqəli ola bilər. Məsələn, qalxanvarı vəzin disfunksiyası, vitiliqo (piqmentasiyanın pozulması), B12 vitamini çatışmazlığı, anemiya, stess və əsəb sarsıntısı.
  Stress, güclü qorxu və sinir sarsıntısı zamanı qana böyük miqdarda adrenalin hormonu atılır, o isə digər xüsusiyyətlərindən əlavə damarların yığılması effektini yaradır. Saç məməciyinin arteriyasının spazmı pozulur və nəticədə saç soğanaqlarının hüceyrələrinin qidalanması tamamən pozulur. Bu vəziyyətdə boyama piqmentinin yaranması tamamilə dayana bilər. Lakin bu prosesi o zaman deyil, o saç töküləndən sonra yenisi ilə əvəz olunduğu zaman müşahidə etmək mümkün olacaq.
Son zamanlar müasir vasitələrin artması ilə əlaqədar bu mövzuda da yenilik olan vasitələr peyda olmaqdadır. Lakin əgər bu problemin həlli tapılsa idi, o zaman planetimizdə ağarmış saçı olan insanlar olmazdı. Bu kimi problemin qarşısını yalnız sadaladığımız bir neçə xəstəliyin əlaməti olduğu zaman dərhal almaq olar. Digər hallarda bu proses qaçılmazdır”.
  Gənc yaşda saçların ağarmasını dayandırmaq üçün bu vitaminləri ehtiva edən qidaları istehlak etməli və ya əlavə olaraq qəbul etməlisiniz.
Mütəxəssislərin fikrincə, saç üçün lazım olan vitaminlərin orqanizmə qəbulu çox vacibdir:
- B12, dəmir, yod və C vitamini ilə zəngin pəhriz saçların ağarmasını gecikdirə bilər.
Gənc yaşda saçların ağarmasını dayandırmaq üçün bu vitaminləri ehtiva edən qidaları istehlak etməli və ya əlavə olaraq qəbul etməlisiniz:
B12 vitamini: bədəninizin inkişafı üçün vacibdir. Saçınızın sağlamlığı üçün də B12 vitamini lazımdır. Vitamin B12 saçları gücləndirir, bərpa edir və canlandırır. Vaxtından əvvəl ağarmış saçlar üçün təsirli bir həll ola bilər. Sinir zədələnməsinin qarşısını alır. Bədən hüceyrələrinin əmələ gəlməsi, yenilənməsi və uzunömürlü olması ondan asılıdır.
B5 vitamini: B qrupunun vitaminləri bizə güclü və sağlam saçlar bəxş edir. Onlar gözəllik vitaminləri hesab olunurlar.
B5 vitamin saç follikulunda mühüm metabolik proseslərdən məsuldur və baş dərisinin iltihabının qarşısını alır. B5-in qeyri-kafi tədarükü saçlarınızın ağarmasına səbəb ola bilər.
Əgər sizdə B5 vitamini əskikdirsə, çox güman ki, digər B vitaminləri də çatışmır. Bu da piqmentasiya olmaması ilə yanaşı saç tökülməsində də özünü göstərir.
  Bədən bu vitaminlərini yalnız kiçik miqdarda saxlaya bildiyi üçün müntəzəm olaraq B vitamini ilə zəngin qidalar yeməlisiniz.
Buraya avokado, banan, balıq və ət, yumurta, süd, paxlalılar və s. daxildir.
D vitamini: təkcə güclü sümüklər, əzələlər və immunitet sistemimiz üçün vacib deyil, həm də saçlarımız üçün mühümdür. Çünki saç dövrünün böyümə mərhələsini sürətləndirir. Ancaq ciddi vitamin çatışmazlığı varsa, melanin istehsalı pozulur və saçlarınız ağarır.
D vitamini çatışmazlığının ilk əlamətləri quru və tökülən saçlar, həmçinin yorğunluq və bədən ağrılarıdır. Bunun qarşısını almaq üçün yaz və yay aylarında mümkün qədər çox günəş işığına məruz qalmalısınız.