Sürücünün Google üsyanı! Etdiyi yaxşılıqlar başına bəla oldu

Antalyada ictimai avtobus sürücüsü işə düşüb. Nədi-nədi  pulla dolu pulqablarını sahiblərinə qaytarıb. Sosial şəbəkədə görünməkdən bezən sürücü indi həyatınım ən acınacaqlı günlərini yaşayır.

Sherg.az xəbər verir ki, fərqli tarixlərdə unudulan 30 min lirədən çox xarici valyuta və türk lirəsi olan pulqabılarını sahiblərinə qaytardıqdan sonra “axmaqsan” şərhinə məruz qalan Barış Özer tənqid edilib. Google vasitəsi ilə mənfi şərhlər alan bu şəxs  açar sözün qurbanı olub. Google-a “axmaq sürücü” yazanda demək olar ki, birinci səhifənin hamısında görünən Özer bu mənzərəni görməkdən sarsıntı keçirir.

Özer deyib: “Avtobusda tapdığım əşyaları sahiblərinə qaytardığım üçün sosial mediada yazılan pis şərhlərə görə Google axtarış sistemində adını çəkmək istəmədiyim bir insan kimi görünürəm. Reaksiya verdik, bu dəfə daha da artdı. Hələ də mən çıxıram. İstəyirəm ki, bu narazılıq aradan qalxsın. Mən o sözün demək istəmirəm, çünki nə qədər çox desəm, bir o qədər çox olur".

Google-a səslənən Özer, “Google, mən ağıllı sürücüyəm. Biz insanlıq etdik, buna  pis şərhlər verilməməlidir. İşə ağıllı, vicdanlı, sürücü kimi çıxmaq istəyirəm.Söyləmək istəmədiyim kəlmə ilə bağlı hər hansı bir mövzu gündəmə gəlincə mənə mesaj gəlir” deyə bildirib.