Bakıya leysan yağacaq -Faktiki hava

Bakı və Abşeron yarımadasında oktyabrın 2-si səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Sherg.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.