Avtovağzalda sürücülər arasında dava olub, bıçaqlanan var

Bakıda avtovağzalda sürücülər arasında münaqişə bıçaqlanma ilə bitib.

Sherg.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal kompleksinin yaxınlığında qeydə alınıb.

Avtobus sürücüsü Elnur İsrafil oğlu Bayramov yol hərəkəti qaydaları ilə bağlı aralarında yaranmış mübahisə zamanı əlindəki kəsici alətlə “Mersedes-Benz” markalı avtomobilin sürücüsü Qorxmaz Zəki oğlu Məmmədovun bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib.

Elnur Bayramov şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.