İsrail itki verərək, geri çəkildi – Hizbullah

Livanın cənubundakı Əl-Adisa sərhəd kəndində İsrail ordusu ilə Hizbullah arasında hərbi toqquşma baş verib.
Axar.az xəbər verir ki, bu barədə Hizbullah hərəkatı məlumat yayıb.

“Döyüşçülərimiz səhər saatlarından Hallet əl-Mahaferdən Əl-Adisa şəhərinə girməyə cəhd edən İsrail piyada dəstəsi ilə qarşılaşıblar”, - məlumatda deyilir.

Hizbullah iddia edib ki, İsrail ordusu itkilər səbəbindən geri çəkilməyə məcbur olub.