Bakı aeroportu: Məcburi eniş edən aviaşirkətlər təyinat məntəqələrinə yola düşüb

Ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş həyata keçirən aviaşirkətlər artıq gecə saatlarında təyinat məntəqələrinə yola düşüb.
Bu barədə "APA-Economics"ə Aeroportun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bakı aeroportunda bütün uçuşlar ştat rejimində yerinə yetirilir.

Qeyd edək ki, dünən İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Bakı aeroportuna təcili eniş edib.