Rusiya xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrinin səfirləri ilə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrovla görüş barədə ərəb ölkələrinin Rusiyadakı səfirləri oktyabrın 1-də axşam gec saatlarda müraciət ediblər.
Zaxarova qeyd edib ki, görüşdə Yaxın Şərqdəki vəziyyətin eskalasiyası müzakirə olunub.